Pleyeri seçin:

Qənirə Ataşovanın siyahısı qalmaqal yaratdı | Klinika elə adamların əlində olub ki...

14 noyabr 2024 827 baxış

Xeyli vaxtdır ABŞ-yə köçən aparıcı Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşıb. Bununla da keçmiş jurnalist bu sahədə baş verən problemlərə, tibbi təhlükəsizlik məsələlərinə diqqət çəkməyə çalışıb.

Bəs saxta diplomlu həkimlərin siyahısı necə ortaya çıxdı? Qənirə Ataşova niyə məhz indi həmin siyahını açıqladı?

Qənirə Ataşova “Musavat.com”un suallarını cavablandırıb.

“Necə oldu ki, Bakıdakı saxta diplomlu həkimlər barəsində araşdırma aparmaq qərarına gəldiniz?” sualına jurnalist belə cavab verib:

“Sosial şəbəkələrdə özünü bloger, həkim və sairə adlandıran bir xanımın tez-tez vaginaplastik prosedurlarla bağlı açıq-aşkar paylaşdığı videolarla qarşılaşırdım. Düşündüm ki, bu xanım kimdir ki, otağında xalqımızın qadınlarını videoya çəkir. Onun haqqında araşdırma apardım və məlum oldu ki, Günel Əzizova nəinki həkim, heç tibb işçisi deyil, amma özəl klinikaların birində vaginasiya və vaginaplastika kimi ciddi əməliyyatlar edir. Bununla bağlı özünə və xəstəxanaya sorğular yazdım. Bu zaman müğənni Xatirə İslam mənə səs göndərdi ki, “Günel Əzizova mənim bacımdır, ona toxunma, onun kurslarının pulunu mən özüm ödəmişəm”.

Onun çalışdığı klinika da “feyk”dir. Həmin klinika vaxtilə ölkənin güclü nazirlərindən birinin əhatəsində olub, sonra isə kiməsə satılıb. Günel Əzizovanın özü əməliyyat apara bilmədiyindən işə peşəkar cərrahları cəlb edir və pulu onlarla yarı bölür. Yəni, əslində klinikaya xəstə cəlb edən aldadanıdır. Xalqın sağlamlığı üzərində “bazarlıq” etmək olmaz! Dövlətin bir nəzarət mexanizmi olmalıdır ki, hər yerindən duran özünə həkim deməsin.

Beləliklə də mən öyrəndim ki, insanlar kurs keçərək Bakıda əyninə tibbi xalat geyinib əməliyyatlara, müayinələrə girir, insanların taleyi ilə oynayır. Sosial media üzərindən araşdırmalar apararkən xeyli insanlar mənə yazmağa başladı. Onların arasında daha çox uğursuz plastik əməliyyatlardan əziyyət çəkənlər idi. Həmin şəxslər özlərinə artıq vəkil tutublar və mən də onların vəkilləri danışarkən qalmaqala səbəb olan siyahıya gəlib çıxdım.

Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb.

Sual yaranır: Bəs necə oldu ki, bu adamlar rezidentura keçmədən ixtisas dəyişimi edib estetik cərrah oldular? Sizcə, 9 günə ixtisas dəyişimi etmək olarmı? Bir vətəndaş kimi şəxsən siz öz taleyinizi 9 günə ixtisas dəyişən həkimə həvalə edərdiniz?”.

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 827 baxış
Seçilmişlər
icon