Cəmiyyət
Pleyeri seçin:
Qəsdən gəlib qazıblar ki... | Şəkidəki tarixi məbədi kim və niyə dağıtdı?
Şəkidə yerləşən Zəyzid məbədi məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Tarix müəllimi Vaqif Abdullayev 1000 illik tarixi abidənin bəzi hissələrinin dağıdıldığını iddia edir.
“Burada qazılan quyu əvvəllər yox idi. Çox güman ki, zinət əşyaları axtarmaq üçün qazıblar. Bəlkə də, 5 il sonra burada tarixi abidədən heç nə qalmayacaq”, – deyə o söyləyib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, Zəyzid məbədi tarix-mədəniyyət abidəsi kimi dövlət mühafizəsindədir: “Tarixi abidənin qorunması və ətrafının abad saxlanılmasına Dövlət Xidməti tərəfindən nəzarət olunur. Məbəd investisiya layihələrinin siyahısına daxil edilib və bərpası planlaşdırılır”.
Kopyalandı
Seçilmişlər