Pleyeri seçin:

Qidaların daha uzun müddət saxlanması üçün soyuducudan düzgün istifadə qaydaları

12 yanvar 2025 558 baxış

Kimya elmləri namizədi Aleksey Panov bildirib ki, soyuducunun hər bir rəfinin yerinə yetirdiyi funksiyalar var.

Mütəxəssis qidaların soyuducuda daha uzun müddət təravətli qalması üçün bu “sistem”dən düzgün istifadə etmək barədə tövsiyələr verib.

Soyuducunun yuxarı rəfində yeməzdən əvvəl bişirilməni tələb etməyən və ya minimal emal olunan qidaları saxlamaq daha yaxşıdır. Burada temperatur 2 ilə 4°C arasında dəyişir, bu da süd məhsullarının, açıq qutuların saxlanması üçün əladır. Lakin onların yararlılıq müddətinə nəzarət etmək vacibdir.

Soyuducunun orta rəfi 0°C-dən 2°C-dək sabit temperatura malik zonadır. Burada hazır xörək, yumurta və kolbasa saxlamaq məsləhətdir.

Kimyaçı əlavə edib ki, bişmiş məhsulları çiy qidaların yanında saxlamaq olmaz, çünki emal olunmamış qidalarda bakteriyalar ola bilər ki, bu da digərlərinə daxil olduqda müxtəlif xəstəliklərə səbəb olur.

Soyuducunun alt rəfi -2°C ilə 0°C arasında dəyişən ən aşağı temperatur zonasıdır ki, bu da yeməyi təzə saxlamağa və xarab olmamağa kömək edir. A.Panovun sözlərinə görə, burada çiy balıq və ət saxlanmalıdır. Hazır yeməkləri də bu rəfə böyük qablarda qoya bilərsiniz.

Alim bildirib ki, soyuducu çəkməcələri tərəvəz və meyvələrin saxlanması üçün nəzərdə tutulub. Bu, tez çürümənin və ləzzətin qaçmasının qarşısını alacaq.

Soyuducunun qapısı ən isti yerdir: burada temperatur adətən 5°C ilə 7°C arasında olur. Burada pendirlər, souslar, yağlar və içkilər kimi saxlama müddəti uzun olan məhsullar olmalıdır.

Mütəxəssisin sözlərinə görə, onlar təravətini saxlamaq üçün aşağı temperatur tələb etmir.

Dondurucuda iki rəf var: yuxarı və aşağı. Kimyaçının sözlərinə görə, üst rəfdə temperatur -10°C ilə -17°C arasında dəyişir ki, bu da dondurulmuş tərəvəz, meyvə, giləmeyvə, dəniz məhsulları və göbələkləri saxlamaq üçün əlverişlidir. Dondurucunun alt rəfinin temperaturu -17°C-dən aşağıdır və bu, ət, quş əti, içalat və dondurma saxlamaq üçün idealdır.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 558 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 558 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 558 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 558 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 558 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 558 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 558 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 558 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 558 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 558 baxış
Seçilmişlər
icon