Cəmiyyət
Pleyeri seçin:
Qızılcadan dünyasını dəyişən məktəbli ilə bağlı rəsmi açıqlama
Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.
9 yaşlı Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 3-cü sinif şagirdi olub. O, qızılca ilə bağlı dekabrın 29 və 30-da dərslərdə iştirak edə bilməyib.
İlkin məlumata görə uşağın valideynləri onu bir müddət ev şəraitində müalicə etməyə çalışıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirib ki, yanvarın 7-də saat 12:25-də Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Kopyalandı
Seçilmişlər