Pleyeri seçin:

"Azəriqaz" mənzillərin qaz təchizatlarında nöqsanlar aşkarladı

01 mart 2024 318 baxış

“Azəriqaz” fevral ayında 110 mindən çox ev və obyektin qaz təchizatında müayinələr aparıb.

Bunu qurumun şöbə rəisi İlkin Behbudov bildirib.

Onun sözlərinə görə, nəticədə 60 min civarında nöqsanlar qeydə alınıb. Həmçinin 4855 mənzildə xüsusi təhlükəli vəziyyət müşahidə edildiyindən qaz təchizatı məcburi qaydada dayandırılıb. Bu, həmin mənzillərdəki cihazların əksəriyyətinin istismar müddətinin bitməsi ilə bağlı olub.

İlkin Behbudov qeyd edib ki, müayinələr aparılan mənzillərin vanna otaqlarındakı su qızdırıcılarının əksəriyyəti 15 ildən artıq istifadə olunan qurğulardır. Onların texniki pasportunda isə istifadə müddəti 10 ildən aşağı göstərilib.

“Azəriqaz” rəsmisi onu da əlavə edib ki, müayinələr aparılan bir çox mənzillərin vanna otağında qaz cihazı quraşdırılması nəzərdə tutulmasa da, sonradan oradan həmin cihazların yerləşdirildiyi müəyyən edilib:

“Həmçinin müayinələr göstərib ki, əksər evlərdə qazın sızmasını bildirən detektor yoxdur. Bir sıra mənzillərdə mətbəx otaqlarında yerdəyişmələrə rast gəlinir. Həyət evlərində isə tüstü bacalarında və qaz qurğularında rezin birləşmələrdə müəyyən problemlər aşkarlanıb”.

O da vurğulanıb ki, “Azəriqaz” mənzillərdə və obyektlərdə müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 318 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 318 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 318 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 318 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 318 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 318 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 318 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 318 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 318 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 318 baxış
Seçilmişlər
icon