"Azərişıq" azad olunan ərazilərdə görülən işləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərişıq” ASC-nin işğaldan azad olunan ərazilərdə artıq 932 abonenti var”.
Bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Hadrutda qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, qeyd olunan abonentlərin 279-u qeyri-əhali abonent qrupunun payına düşür. İşğaldan azad olunan ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin ediliblər: “Növbəti illərdə abonentlərin sayı daha çox artacaq”.
“Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov isə qeyd edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 90 ədəd komplekt transformator məntəqəsində çəpərlənmə işləri yerinə yetirilib: “Tədbirlər Planına əsasən, salınmış 40 kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri üzrə 18 kənddə işlər yekunlaşıb, 22 kənddə işlər davam etdirilir”.
#Azərişıq teqi istifadə olunub
- "Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV
- "Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV
- "Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV
- "Zülmlə almışdıq, bizim günahımız nədir?!" | Sakinləri zərərə salan hadisənin əsl səbəbi - Baku TV
- "Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI
