"Biz qayıdanda quruyan bulaqlarda su gələcək" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Gedib hətta itim ölən yeri ziyarət etmək istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın Vedibasar mahalının, Vedi rayonunun Arazdöyən kənd sakini, Əməkdar artist Aydın Əliyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərindən, oxuduğu orta məktəbə necə qəbul olunmasından danışıb:
“Mən ilk dəfə Arazdəyəndə 1961-ci ildə məktəbə gəldim. Yeddi yaşım olmamışdı deyə məni məktəbə götürmək istəmirdilər. Bizə ikinci, üçüncü sinifdən sonra erməni və rus dili dərsi keçirdilər. Kəndimizdə 3-4 millət var idi. Ermənilər və azərbaycanlı uşaqlar, müsəlman uşaqlar həmişə bir yerdə yığışardıq, top oynayardıq. Sonra nərd oynayar, qarmon, nağara çalardılar. Musiqi günlərimiz də olurdu. Məktəbin yanında şumluq ərazi var idi, orada at çapardıq, at, güləş, voleybol, futbol yarışları keçirərdik. Həmişə Cermux, Vedinin Çimən zonasından Böyük Çimən dağına qalxardıq. Çox gözəl yaylaqlarımız var idi. Araza qarışan suda balıq tutardıq, quzu otarardıq”.
Onun sözlərinə görə, atasıgil oradan çox çətin vəziyyətdə qaçıb: “Oradakı ermənilər bir-birinə deyirdilər ki, evləri almayın, onsuz da azərbaycanlılar gedəcəklər, pullarını verməyin. Hətta onlar postdan keçəndə nələri var idi əllərindən almışdılar. Son günlər evlərə gecə hücum edirdilər, evləri talayırdılar. Hazırlanmış dəstələr var idi, bir-bir kəndlərə gəlirdilər, camaatı o vəziyyətə salırdılar ki, özləri çıxıb getsin. Çoxu Sədərəyə qaçmışdı. Erməni vəhşiliyini çox gördük. Pənah əmini ermənilər zəhərləyərək öldürdülər, əmim Bəhlul kişini İrəvanda hamamda boğub öldürdülər, xalamın əri Məhəmmədəli kişini öldürdülər. Ermənilər bizimkiləri şərləyib tutdururdular”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın ərazi iddiaları hansı tarixi hadisələrdən sonra rəsmiləşdirildi? - Baku TV
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
