Pleyeri seçin:

"Blok pis gündədir, öz cibimizdən..." | Sakinlərdən yığılan "JEK pulu" qanunidir?

24 iyun 2025 655 baxış

Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsinin sakinləri Mənzil Kommunal İstismar Sahəsi, yəni “JEK”ə pul ödədiklərini, amma bu pulu niyə ödədiklərini bilmədiklərini deyirlər.

“Hər kəs öz blokunu boyayır, təmizləyir. Hər şeyi öz cibimizdən edirik”, ‒ deyə sakinlər şikayətləniblər.

Zibil pulu, kirayə haqqı, xidmət, ya da başqa bir şey üçün. Paytaxtın bəzi məhəllələrində hələ də bu adlarla “JEK”lər vətəndaşlardan pul yığırlar.

Məsələ ilə bağlı Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, həm özəl, həm də dövlət mülkiyyətli mənzillərdə sakinlər hər kvadratmetrə görə 2 qəpik olmaqla mənzil haqqı ödəyirlər.

Bəs mənzil istismar sahələrinə bu pulu ödəmək hüquqi cəhətdən doğrudurmu?

Mütəxəssislər deyirlər ki, qanunvericiliyə görə, “JEK”lərin belə bir haqqı yoxdur. Əvvəllər bu qurumlara məxsus səlahiyyətlər hazırda bələdiyyələrə aiddir.

Hüquqşünas Vüsal Hacıyevin sözlərinə görə, 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, mənzil istismar təsərrüfatları artıq mənzil fondunun idarə olunması prosesindən hüquqi baxımdan kənarlaşdırılıb. Yəni, yeni məcəllədə “mənzil istismar sahələri” anlayışı nəzərdə tutulmur.

“Yeni məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyələr, özəl mənzil fondu isə mülkiyyətçinin özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur”, ‒ deyə hüquqşünas bildirib.

Özəl mülkiyyət sahibi özü istəyərsə, mənzil istismar sahələri ilə müqavilə bağlayaraq onların xidmətlərindən ödənişlə istifadə edə bilər. Əks halda, hər hansı ödəniş tələb olunması qanunsuzdur.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 655 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 655 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 655 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 655 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Seçilmişlər
icon