Pleyeri seçin:

"Ərazi layihəyə salındı, dedilər ki..." - Fermerin xərcinin kompensasiyası niyə ödənilmir? - Baku TV

21 avqust 2026 259 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən kürdəmirli fermer İsa Xəlilov ona məxsus pay torpağına kompensasiya ala bilmədiyini iddia edir.

Fermerin sözlərinə görə, ərazi ona 2011-ci ildə Bala Kəngərli bələdiyyəsi tərəfindən 99 illik icarəyə verilib. Daha sonra həmin sənəd əsasında aidiyyəti quruma müraciət edib və 2,36 hektar əkin sahəsinə dair çıxarış əldə edib.

İsa Xəlilov bildirir ki, Yuxarı Şirvan kanalının yenidən qurulması ilə əlaqədar torpaq sahəsinin 1,4 hektarlıq hissəsi layihə çərçivəsində istifadəyə cəlb edilib.

Onun sözlərinə görə, layihəni həyata keçirən qurumların nümayəndələri sənədləri qəbul edib və əraziyə görə kompensasiya ödəniləcəyini bildiriblər.

Fermer qeyd edib ki, sonradan ona kompensasiya ödənilməyəcəyi deyilib. Səbəb kimi isə torpağın mülkiyyətçisinin bələdiyyə olması göstərilib.

“Mən ərazinin bu hala gətirilməsi üçün 10 min manatdan çox pul xərcləmişəm. Torpağa maşınlarla gübrə vermişəm”, – deyə o, sözlərinə əlavə edib.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərsə, vətəndaşın torpaq sahəsində apardığı yaxşılaşdırmalara görə çəkdiyi xərclərin kompensasiya olunması məsələsi müqavilə şərtlərinə uyğun həll edilməlidir.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 259 baxış
Seçilmişlər
icon