Pleyeri seçin:

"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

19 avqust 2026 300 baxış

Gəncə şəhəri Xətai prospekti 84 və 87 saylı binaların sakinləri yaşadıqları ərazidə aparılan yeni tikintilərin onlar üçün ciddi çətinliklər yaratdığını iddia edirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər yolların daraldığını və məhəllənin baxımsız vəziyyətə düşdüyünü bildiriblər.

Onların sözlərinə görə, ərazidə əvvəllər qarajlar və uşaqların oynadığı geniş sahə olub. Qarajlar söküldükdən sonra sakinlərə burada park salınacağı və uşaqlar üçün şərait yaradılacağı bildirilsə də, bunun əvəzinə yeni tikililər inşa edilib.

Sakinlər həmçinin ərazidə baş vermiş yanğın hadisəsini də xatırladıblar. Onların sözlərinə görə, binalardan birində yanğın baş verərkən sıx tikililər və dar yollar səbəbindən Fövqəladə Hallar Nazirliyinin texnikasının əraziyə daxil olması çətinləşib.

“Biri ölsə, cənazəni çıxarmağa yer yoxdur. Yanğın oldu, yanğınsöndürənlər əraziyə girə bilmədi. İki nəfər öldü, evlər də yanıb məhv oldu”, – deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata əsasən, sözügedən ərazidə hazırda hər hansı tikinti işləri aparılmır. Daha əvvəl həyata keçirilmiş tikinti işlərinin qanunauyğunluğu isə aidiyyəti qurumlarla birgə araşdırılacaq.

Sakinlərin məhəllənin abadlaşdırılması ilə bağlı müraciətinə gəlincə, bildirilib ki, hazırda Gəncə şəhərində mərhələli şəkildə abad məhəllələrin salınması istiqamətində işlər görülür.

Qeyd edək ki, Baku TV-nin çəkilişdən sonra ərazidə aidiyyəti üzrə təmizlik işləri aparılıb.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 300 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 300 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 300 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 300 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 300 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 300 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 300 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 300 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 300 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 300 baxış
Seçilmişlər
icon