Pleyeri seçin:

"Həmin adam başqa yolu göstərir ki..." | Bələdiyyə sədri problemlə bağlı nə dedi? - Baku TV

02 yanvar 2026 429 baxış

Asfalt üzünə həsrət qalan yollar, dizə çıxan palçıq. Söhbət təxminən 10 min sakini olan Cəlilabad rayonunun Maşlıq kəndindən gedir.

Kənd sakini Nizami Alışanov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, həm evinə gedən yol, həm də ümumiyyətlə kənd yollarının bərbad vəziyyətdə olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həll olunmayıb.

“Yolumuz illərdir bu gündədir. Dəfələrlə maşın yolda sönüb qalıb. Vəziyyət bərbaddır”, – deyə sakin narazılığını ifadə edib.

Məsələ ilə bağlı Muğan bələdiyyəsinin sədri Amalya Əmənova bildirib ki, Nizami Alışanovun evinə gedən yol şəxsən onun tərəfindən yerində baxış zamanı qiymətləndirilib.

“Həmin yol həqiqətən də çox bərbad vəziyyətdə idi. Nəqliyyat keçə bilmirdi, məktəblilər məktəbə gedə bilmirdi. Biz ora qreyder saldıq, sonra isə daş-çınqıl materialları tökərək yolu təmir etdirdik. Lakin müraciət edən şəxs öz yolunu deyil, başqa bir yolu göstərərək onun təmirini tələb edir”, – deyə bələdiyyə sədri qeyd edib.

Onun sözlərinə görə, Maşlıq kəndində kənddaxili yolların böyük əksəriyyəti hələ də torpaq vəziyyətindədir və bu yolların bir çoxunun ümumiyyətlə təməli olmayıb.

“Bələdiyyənin maliyyə imkanları əsasən əhalidən toplanan torpaq və əmlak vergiləri, eləcə də rüsum və icarə haqları hesabına formalaşır. Əhali vergiləri vaxtında ödədiyi təqdirdə, həmin vəsait hesabına yolların təmirinə hazırıq”, – deyə Amalya Əmənova əlavə edib.

Bu yerdən keçmək belə təhlükəlidir | Yasamalda dəhşətli partlayış olmuş evdə son vəziyyət - Baku TV

Bu yerdən keçmək belə təhlükəlidir | Yasamalda dəhşətli partlayış olmuş evdə son vəziyyət - Baku TV

Cəmiyyət
23 iyul 2026 429 baxış
"Ay anam-bacım, pul istəyirlər!" | Sakinlərdən etiraz | "Yoldan keçən yandırıb atır" - Baku TV

"Ay anam-bacım, pul istəyirlər!" | Sakinlərdən etiraz | "Yoldan keçən yandırıb atır" - Baku TV

Cəmiyyət
23 iyul 2026 429 baxış
Autizmli uşaqların sayı iki dəfədən çox artıb: cəmiyyət buna hazırdırmı? - AKTUAL GÜNDƏM

Autizmli uşaqların sayı iki dəfədən çox artıb: cəmiyyət buna hazırdırmı? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 iyul 2026 429 baxış
"Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV

"Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV

Cəmiyyət
23 iyul 2026 429 baxış
"O araya girin, eləcə palçıqdır" | Həll edilməyən problem sakinləri özündən çıxardı - Baku TV

"O araya girin, eləcə palçıqdır" | Həll edilməyən problem sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
23 iyul 2026 429 baxış
Akkreditasiyadan keçməyən universiteti nə gözləyir? - Baku TV

Akkreditasiyadan keçməyən universiteti nə gözləyir? - Baku TV

Cəmiyyət
23 iyul 2026 429 baxış
Qırğızıstanın media təcrübəsi ilə tanışlıq | Azərbaycanlı jurnalistlər “Kabar” İA-da olublar

Qırğızıstanın media təcrübəsi ilə tanışlıq | Azərbaycanlı jurnalistlər “Kabar” İA-da olublar

Cəmiyyət
23 iyul 2026 429 baxış
Jurnalist olaraq peşə fəaliyyətimizə mane oldular - 24 SAAT

Jurnalist olaraq peşə fəaliyyətimizə mane oldular - 24 SAAT

Cəmiyyət
23 iyul 2026 429 baxış
Həsən bəy Zərdabi mükafatının sahibləri bəlli oldu - Baku TV

Həsən bəy Zərdabi mükafatının sahibləri bəlli oldu - Baku TV

Cəmiyyət
22 iyul 2026 429 baxış
22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub - Baku TV

22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub - Baku TV

Cəmiyyət
22 iyul 2026 429 baxış
Seçilmişlər
icon