"Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV
Sumqayıt şəhərinin “Asfalt zavod” adlanan ərazisində yaşayan sakinlər yolların bərbad vəziyyətdə olmasından və küçə işıqlandırmasının olmamasından şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, ərazidəki yol və işıqlandırma problemi uzun illərdir həllini tapmır. Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin şikayətlərinə baxılmadığını iddia edirlər.
“2013-cü ildən burada yaşayıram. Bu müddət ərzində bir nəfər də gəlib bizim problemimizlə maraqlanmayıb. Ərazi qəbiristanlığın yaxınlığındadır. Nə işıq var, nə də normal yol. İnsanlar qorxa-qorxa gedib-gəlirlər”, – deyə sakinlərdən biri bildirib.
Ərazidə yaşayanlar yolun bəzi hissələrinin sakinlərin öz vəsaiti hesabına düzəldildiyini deyirlər. Sakinlərin sözlərinə görə, yağışlı havalarda yol palçıq içində qalır, uşaqların məktəbə gedib-gəlməsi çətinləşir.
“Hər kəsin avtomobili yoxdur. Evdə xəstə olanda təcili yardım çağırırıq, amma yolun vəziyyətinə görə saatlarla gözləməli oluruq”, – deyə sakin narazılığını bildirib.
#Sumqayıt teqi istifadə olunub
- "Kimə deyirik, hamısı bizi yola verir" | "Qurd dərəsi" sakinləri şikayətə qalxdı - Baku TV
- “Mən icazə vermirəm ağlamağa!” | Bina sakinləri ilə obyekt sahibi arasında qalmaqal - Baku TV
- Sakinlərdə hiddət yaradan obyekt | “Burada elə məclislər keçiriləcək ki...” - Baku TV
- "Nəvələrim gəlib-gedir, nəsə olsa..." | Ev aldılar, yaşaya bilmirlər | “Təhlükəli haldır” - Baku TV
- Sumqayıt sakinləri çıxılmaz vəziyyətdə | Problem nə vaxt həll olunacaq? - Baku TV
