Pleyeri seçin:

"Ödənişini etmirsən, satışa qoyuruq" | Vətəndaşın avtomobillərinə niyə əl qoyuldu? - Baku TV

18 avqust 2026 173 baxış

Xətai rayonunda lizinq şirkəti ilə müştəri arasında narazılıq yaranıb.

Şikayətçi Murad Qədimov “Xalq 11” lizinq şirkətindən 8 ədəd avtomobil götürdüyünü, lakin sonradan ciddi problemlərlə üzləşdiyini bildirir.

Onun sözlərinə görə, avtomobillərdən 3-nü satmaq istəyərkən hər bir nəqliyyat vasitəsinə 4000 manatdan çox cərimə yazıldığı məlum olub. Məsələ ilə bağlı şirkətə müraciət etsə də, iki ay ərzində problem həllini tapmayıb. Eyni zamanda şirkət avtomobillərə yol vərəqəsi vermədiyi üçün nəqliyyat vasitələri fəaliyyətsiz qalıb, nəticədə, müştəri aylıq ödənişləri edə bilməyib.

M.Qədimov yaşadığı problemi belə izah edir:

“Hər avtomobil üçün 8000 manat ilkin ödəniş etmişdim. Sənədləşmə gecikdirildiyi üçün avtomobillərim 10 gün dayandı, amma şirkət həmin günlərin də ödənişini tələb etdi. Bir neçə aydan sonra maddi sıxıntılarım yarandığı üçün 3 avtomobili satmaq istədim. Hər birinə 4185 manat cərimə hesablandığı ortaya çıxdı. Şirkət yol vərəqəsi vermədiyi üçün 2 aydır avtomobillər işləmir və ödəniş edə bilmirəm. Buna baxmayaraq, xəbərim olmadan maşınları dayanacaqdan götürüblər və indi satışa çıxarırlar. Ümumilikdə ilkin və aylıq ödənişlər daxil olmaqla 80 min manata yaxın pul ödəmişəm. Borcları bağlamaq üçün hətta evimi də satışa çıxarmaq məcburiyyətində qalmışam”.

Sözügedən lizinq şirkəti isə iddialarla razılaşmır:

“Vətəndaşın ödəniş etmədiyi müddət 5-ci aya keçir. Bir neçə ay əvvəl müqaviləyə xitam verilib və müştəri özü xitam məktubuna qol çəkib. Ödəniş olunmadığı üçün avtomobillər bir həftə ərzində satışa çıxarılır”.

Qaynaq saç dərisinə hansı zərərləri vura bilər? - Baku TV CANLI

Qaynaq saç dərisinə hansı zərərləri vura bilər? - Baku TV CANLI

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Sinə dolğusu nə qədər təhlükəsizdir? | Şübhəli prosedur araşdırıldı - Baku TV

Sinə dolğusu nə qədər təhlükəsizdir? | Şübhəli prosedur araşdırıldı - Baku TV

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI

8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV

Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Çoxuşaqlı ailələr üçün yeni güzəştlər tətbiq olunacaq? - Baku TV

Çoxuşaqlı ailələr üçün yeni güzəştlər tətbiq olunacaq? - Baku TV

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Kosmetoloqların istifadə etdiyi preparatlar təhlükə saçır? - Baku TV CANLI

Kosmetoloqların istifadə etdiyi preparatlar təhlükə saçır? - Baku TV CANLI

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Maşın bazarında parklanma qalmaqalı | 50 qəpik əvəzinə 5 manat istədilər - Baku TV

Maşın bazarında parklanma qalmaqalı | 50 qəpik əvəzinə 5 manat istədilər - Baku TV

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Onkoloji xəstəliklərin yaranma riskini artırır

Onkoloji xəstəliklərin yaranma riskini artırır

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Sürücülər maşın bazarındakı problemdən şikayətləndi - Baku TV CANLI

Sürücülər maşın bazarındakı problemdən şikayətləndi - Baku TV CANLI

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Birinci sinfə elektron qəbul bu tarixdə yenidən aktivləşəcək - Baku TV

Birinci sinfə elektron qəbul bu tarixdə yenidən aktivləşəcək - Baku TV

Cəmiyyət
13 sentyabr 2026 173 baxış
Seçilmişlər
icon