Pleyeri seçin:

"Qəflətən ölsə, kim cavab verəcək?!" | Kritik əməliyyatı edəcək həkim məzuniyyətə gedib? - Baku TV

22 iyul 2026 19 baxış

Qaraciyər çatışmazlığından əziyyət çəkən və vəziyyəti günü-gündən ağırlaşan şəxsin yaxınları müalicə prosesinin gecikməsindən narahatdırlar.

Şikayətçinin sözlərinə görə, qardaşı icbari tibbi sığorta çərçivəsində müayinədən keçmək üçün Qəbələ rayonuna göndərilib. Lakin ailəyə növbəti tibbi prosedurlar üçün təxminən 20 gün gözləməli olduqları bildirilib.

Xəstənin qardaşı deyir ki, bu müddət ərzində onun vəziyyətinin daha da ağırlaşacağından ehtiyat edirlər:

“Qardaşımın vəziyyəti günü-gündən ağırlaşır. Bu 20 gün ərzində vəziyyəti pisləşsə və ya qəflətən dünyasını dəyişsə, kim cavabdeh olacaq?”.

Ailənin bildirdiyinə görə, qaraciyər transplantasiyasının həyata keçirilməsi üçün donor namizədləri bir sıra müayinələrdən keçməlidirlər.

Onlara hər donor namizədinin analizlərinin təxminən 800-1000 manata başa gələ biləcəyi deyilib. Donorun uyğun olmadığı müəyyənləşərsə, növbəti namizədin də eyni müayinələrdən keçməsi tələb olunur.

Məsələ ilə bağlı həkim Kamran Beydullayevlə əlaqə saxlanılıb.

O, hazırda məzuniyyətdə olmasına baxmayaraq, transplantasiya və donorların müayinəsi prosesinin dayanmadığını bildirib:

“Mən məzuniyyətdəyəm, amma bu, işlərin dayanması demək deyil. Xəstəxanada digər həkimlər fəaliyyət göstərir, donorlar müayinə olunurlar. Hazırda özüm də xəstəxanadayam. Məndən asılı olan məsələlərdə yardım göstərəcəyəm. Problemi olan şəxs mənimlə “WhatsApp” vasitəsilə əlaqə saxlaya bilər”.

Kopyalandı
Qalmaqal: İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb? - Baku TV

Qalmaqal: İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb? - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
Şamaxıda “Yay Fest 2026” həyəcanı | İştirakçılar yeni bilik və təcrübə qazanırlar - Baku TV

Şamaxıda “Yay Fest 2026” həyəcanı | İştirakçılar yeni bilik və təcrübə qazanırlar - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
Biləcəri sakinlərini bezdirən məsələ | Həyat üçün təhlükəli yol niyə təmir edilmir? - Baku TV

Biləcəri sakinlərini bezdirən məsələ | Həyat üçün təhlükəli yol niyə təmir edilmir? - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
Qızmar yay günlərində susuz qalan sakinlər | 10 aylıq problem niyə həll edilmir? - Baku TV

Qızmar yay günlərində susuz qalan sakinlər | 10 aylıq problem niyə həll edilmir? - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
Məhkəmə bloger "Arzum"la bağlı hansı qərarı verdi?! | Tiktokerin vəkili danışdı - Baku TV

Məhkəmə bloger "Arzum"la bağlı hansı qərarı verdi?! | Tiktokerin vəkili danışdı - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
"Hər iki qərara görə hakimə təşəkkür edirik" | Tiktoker “Arzum”un vəkilindən "Baku TV"yə açıqlama

"Hər iki qərara görə hakimə təşəkkür edirik" | Tiktoker “Arzum”un vəkilindən "Baku TV"yə açıqlama

Cəmiyyət
22 iyul 2026 19 baxış
"Kimə deyirik, hamısı bizi yola verir" | "Qurd dərəsi" sakinləri şikayətə qalxdı - Baku TV

"Kimə deyirik, hamısı bizi yola verir" | "Qurd dərəsi" sakinləri şikayətə qalxdı - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
"Həsən bəy Zərdabi" mükafatının təqdimat mərasimi | Media nümayəndələrinin özəl günü - Baku TV

"Həsən bəy Zərdabi" mükafatının təqdimat mərasimi | Media nümayəndələrinin özəl günü - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
"Yay Fest 2026" düşərgəsi Şamaxıda | Pirquluda panel müzakirələr aparılır - Baku TV

"Yay Fest 2026" düşərgəsi Şamaxıda | Pirquluda panel müzakirələr aparılır - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
Xətaidə yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı | Əməkdaşımızdan son məlumatlar - Baku TV

Xətaidə yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı | Əməkdaşımızdan son məlumatlar - Baku TV

Cəmiyyət
22 iyul 2026 19 baxış
Seçilmişlər
icon