Pleyeri seçin:

Gölün rəngi dəyişdi, köpük hər yanı bürüdü | Rəsmi qurumdan açıqlama - Baku TV

20 iyul 2026 325 baxış

Son günlər Böyükşor gölündə və onun ətrafında qeyri-adi vəziyyət müşahidə edilir. Suyun üzərində yaranan köpük küləyin təsiri ilə sahilə çıxır.

Vətəndaşlar isə bu mənzərənin səbəbini öyrənməyə çalışırlar.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, Böyükşor tipli göllərdə köpüklənmənin müxtəlif səbəbləri ola bilər:

“Hər bir halda müvafiq nümunələr götürülərək təhlil edilməlidir. İlk növbədə qeyd edim ki, bu hal üzvi çirklənmə nəticəsində səthi-aktiv maddələrin yaranması ilə bağlı ola bilər.

Bildiyimiz kimi, Böyükşor vaxtilə çox çirklənmiş göl olub və çirkləndirici maddələrin bir hissəsi hələ də göldə qalmaqdadır. Bəzi ərazilərdə çirklənmə qismən davam edir. Azot və fosfor kimi aktiv maddələr evtrofikasiya üçün əlverişli şərait yaradır. Nəticədə, suda müxtəlif bakteriyalar çoxalır, həll olunmuş oksigenin miqdarı azalır. Belə köpüklərin yaranmasına neftlə çirklənmiş ərazilərdən gölə daxil olan tullantılar da səbəb ola bilər”.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən isə bildirilib ki, Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullantı sularının bir qismi gölə axıdılır:

“Tullantı suları əsasən gölün ətrafında yaşayan əhalinin məişət suları, eləcə də həmin ərazidə fəaliyyət göstərən müəssisələrin tullantı suları hesabına formalaşır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları göldən su nümunələri götürərək Mərkəzi Laboratoriyaya təqdim ediblər. Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 325 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 325 baxış
Seçilmişlər
icon