Xəzərdəki canlılar niyə məhv olur? | Mütəxəssisdən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Son illərdə Xəzərin səviyyəsində müşahidə edilən azalma təbii ki, canlılara təsirsiz ötüşmür. 1996-cı ildən başlayan bu proses gəmiçiliyə, daha sonra isə balıqçılığa zərər vurur.
Mütəxəssislər bildirirlər ki, gəmi hərəkəti və tullantılar da dəniz mühitinə təsir göstərir. Baxmayaraq ki, təmizləmə sistemləri mövcuddur, yenə də müəyyən qədər zərərli maddələr dənizə yol tapır.
Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyevin sözlərinə görə, əsas problem Xəzərin ekologiyasında və bioresurslarında mühüm rol oynayan Şimali Xəzərdə yaşanır:
“Burada təxminən Xəzərin bioresurslarının 90 %-i yerləşir. Xüsusilə də Volqa deltasında geriçəkilmələr nəticəsində balıqların yem bazası təxminən 50 % azalır. Bu da Xəzərdəki nadir balıqların tükənməsinə səbəb olur”.
Mütəxəssis Xəzər dənizində yaşayan canlıların azalmasının digər bir səbəbini qlobal istiləşmə ilə əlaqələndirib:
“Bu proses nəticəsində sahil zonasında oksigenin miqdarı azalır və balıqların dənizin mərkəzinə doğru çəkilməsinə səbəb olur”.
Bəs bu proseslərin qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, sözügedən hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır:
“Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir. Bu məqsədlə Xəzərin iqlim, yağıntı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticə əsaslı tədbirlər görülməlidir”.
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
