Pleyeri seçin:

"Üstünə çox faiz gəlirlər" | Gecikən kreditlər üçün cərimə nə qədərdir?

24 noyabr 2025 746 baxış

Sakinlər kredit ödənişlərinin gecikdirilməsinə görə tətbiq olunan cərimələrin yüksək olduğunu bildirirlər. Belə iddialara sosial şəbəkələrdə də rast gəlmək olur.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin oktyabrın 1-dək ölkədə vaxtı keçmiş kreditlərin məbləği 528 milyon manatı ötüb.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

Vətəndaşlardan biri yaşadığı vəziyyəti belə izah edib:

“2-3 minlik televizor almışdım. Gecikmə olduğu üçün 5 min manat ödətdirdilər. Üstünə çox faiz gəlmişdilər”.

Bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, cərimə məbləği müqavilədə nəzərdə tutulan faiz dərəcəsinə uyğun hesablanır:

“Ola bilər ki, müqavilədə cərimə məbləğinin hesablanması barədə faiz dərəcəsi nəzərdə tutulmasın. Bu zaman qanunvericiliyə görə, Mərkəzi Bankın uçot dərəcəsinə 2 faiz əlavə olunur və həmin məbləğ 180 gün müddətində hesablanır”.

Mülki Məcəlləyə görə, borclu gecikdirmə nəticəsində vurduğu zərər və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır. Bu baxımdan ödənişin gecikdirilməsinə görə borcverənə dəyən zərər qeyd edilən faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissənin əvəzini ödəməyi məhkəmə qaydasında və ya onunla ayrıca razılıq əldə etməklə tələb edə bilər.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 746 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 746 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 746 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 746 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 746 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 746 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 746 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 746 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 746 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 746 baxış
Seçilmişlər
icon