"Yaşayışımız lap yaxşıdır" | Mütəxəssislər Kəngərlidəki evlərlə bağlı iddiaları rədd etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Ağdamın işğaldan azad olunmuş Kəngərli kəndində evlərdə penoplastdan istifadə edildiyi və üzlüyün yanğın təhlükəsi yaratdığına dair iddia yayılıb.
Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında tikinti və idarəetmə xidmətinin keyfiyyətə nəzarət şöbəsinin müdiri Ramin Quliyev bildirib ki, layihə çərçivəsində istifadə olunan bütün tikinti materialları keyfiyyət sertifikatına malikdir və laboratoriya sınaqlarının nəticələri mövcuddur:
"Həmin materiallar yanğına davamlılıq baxımından Q1 sinfinin tələblərinə cavab verir. Sakin tərəfindən irəli sürülən iddia həqiqəti əks etdirmir. Belə ki, əgər evdə yanğın baş versəydi, alov bütün tikilini əhatə etməli idi. Lakin təhlükəsizlik standartlarına tam uyğun seçilmiş materiallar yanma əvəzinə ərimə prosesi keçirib və sönüb".
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin müfəttişi Samir Ələkbərov isə qeyd edib ki, evlərin tikintisi zamanı həm daxili bəzək işlərində, həm də xarici fasad və dam örtüyündə layihədə nəzərdə tutulmuş və təyinata uyğun materiallardan istifadə edilib:
“Sözügedən materialların hamısı Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılıb və layihəyə uyğun icra edilib. Bu haqsız bir iddiadır”.
#Ağdam teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
