Pleyeri seçin:

"Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişiblər" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

01 sentyabr 2023 341 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Rus əsgərləri 15 ailəni tanka doldurub kənddən çıxardılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermantov (Antaraşen) kənd sakini Novruz Rüstəmovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin çox yaxşı keçdiyini, doğma kəndinə bağlı olduğunu deyib: “Böyük çaylarımız, meşələrimiz, yaylaqlarımız var idi. Orada gördüyümü heç yerdə görməmişəm. Məktəbi rus, erməni dilində oxumuşuq. Bizdə Azərbaycan dili olmayıb. Atamız, anamız Azərbaycan dilində danışıb, biz də onlardan götürüb öz dilimizdə danışmışıq. Rus, erməni və malakanların içərisində yaşasaq da, çalışmışıq öz dilimizi unutmayaq”.

Onun sözlərinə görə, 27 yaşında qaçqın düşüb: “Mən 1988-ci ildə Ermənistandan Stavrapol şəhərinə getdim. Orada eşitdim ki, ermənilər bizimkiləri deportasiya ediblər, bizim millətin hamısını oradan vəhşicəsinə çıxarıblar. Bizim camaat Qazax rayonuna gəlib. Mənim ailəmi – yoldaşımı və 3 uşağımı erməni əşyasına dəyişiblər. Erməninin bir maşın əşyasını buradan o tərəfə buraxdılar, mənim ailəmi də Qazağa buraxdılar. Bizim əşyamızın hamısı orada qaldı. Bizim heç nəyimiz oradan çıxarılmadı. Azərbaycanlılar çıxanda onları daşa basmışdılar, çoxunun əşyalarını yandırmışdılar. Ona görə də kənddə rus zabitləri 15 evin adamını məcbur tanka doldurub Qazaxla sərhədə gətirmişdilər. Qazaxda kimini adamla, kimini də erməninin ev əşyaları ilə dəyişmişdilər”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 341 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 341 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 341 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 341 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Seçilmişlər
icon