Qurumdan ödənilməsi gecikdirilən məbləğlərlə bağlı mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı həmçinin 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə yeni mənzillər verildi - Baku TV
- Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
