Ramiz Mehdiyevin general qohumu vəzifədən getdi
Dövlət Gömrük Komitəsində iki şəxs tutduğu vəzifədən azad edilib.
Belə ki, 2018-ci ildən komitənin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi postunda çalışan, gömrük xidməti polkovniki Əliyev Fərid vəzifəsindən uzaqlaşıb.
Həmçinin Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tutduğu vəzifədən azad olunub. Onun yaş həddi ilə əlaqədar öz ərizəsisinə əsasən təqaüdə göndərildiyi bildirilir.
Qeyd edək ki, Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu iddia edilir. O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.
Hər iki şəxsin yerinə hələlik təyinat olmadığı bildirilir.