Pleyeri seçin:

Rəngarəng "Love is..." saqqızının ağ-qara tarixçəsi - ARAŞDIRMA

28 yanvar 2024 74 baxış

Hər kəsin saqqızına görə yox, içindəki "Sevgi odur ki..." sözləri ilə başlayan maraqlı komiksə görə aldığı məşhur "Love is..." saqqızları.

Bu saqqızlar 90-cı illərin əvvəllərində postsovet məkanında çox məşhur oldu. “Love is...” kəlməsinin də, həmin yumoristik şəkillərin də tarixini bilən isə azdır.

Hekayǝ 60-cı illərin sonunda başlayır. Doğulduğu Yeni Zelandiyanı tərk edib dünya səyahətinə çıxan və Kaliforniyada məskunlaşan Kim Qrouv adlı xanım Roberto Kasali adlı italyana vurulur. Onlar arasında böyük məhəbbət yaranır və Kim öz sevgisini Robertoya bildirmək üçün salfetlərə çılpaq, məzəli balaca oğlan və qız rəsmləri çəkərək altında “Love is...”, yəni “Sevgi odur ki” ifadəsi ilə başlayan cümlələr yazır.

Kim salfetdəki qeydləri elə yerlərdə gizlədir ki, Roberto onları həmin yerdə tapanda təəccüblənsin. Bu qeydlər Robertonun cibindən də çıxa bilərdi, yastığının altından da. O, sevgilisinin bu kiçik hədiyyələrini heç vaxt atmır, saxlayır və nəticədə dostları ilə bu barədə danışarkən belə qərar verirlər ki, bu çizimləri kommersiyaya çevirsinlər. Sevgilisinin şəxsi, kiçik rəsmlərini kütlənin də bəyənəcəyindən şübhə etməyən Roberto 1970-ci ilin yanvarında “Los Angeles Times” qəzetində ilk illüstrasiyanı təqdim edir. Fikir bəyənilir və bütün dünyada məşhurlaşır. “Sevgi odur ki...” sözləri ilə başlayan komikslər köynəklərin, təqvimlərin, açıqcaların, hətta qab-qacağın üzərini bəzəyir və saqqızların yazısı olaraq gündəmə gəlir.

Kim və Roberto evləndikdən sonra İngiltərəyə köçürlər və "Minikim" korporasiyasını yaradırlar. Xoşbəxt cütlüyün gözəl günləri çox davam etmir. Roberto 1976-cı ildə dünyasını dəyişir. Sonralar Kim komiksləri çəkmək üçün Bill Esprini dəvət edir. Məhz onun sayəsində “Love is...” rəngli çəkilməyə başlayır.

“Love is...” artıq yalnız saqqız olması ilə yox, insanlar arasında sevgi toxumları ǝkǝn və əsl sevginin necə olmasını təbliğ edən vasitədir. Baxmayaraq ki, bu komikslərin yaradıcısı Kim Qrouv və Roberto Kasalinin sevgisi nakam bitib.

Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
18 dekabr 2025 74 baxış
Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV

Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV

Cəmiyyət
18 dekabr 2025 74 baxış
Təcili yardımın belə keçə bilmədiyi yollar - 24 SAAT

Təcili yardımın belə keçə bilmədiyi yollar - 24 SAAT

Cəmiyyət
18 dekabr 2025 74 baxış
Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV

Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV

Cəmiyyət
18 dekabr 2025 74 baxış
Saatlı sakinlərinin kabusuna çevrilən palçıqlı yollar | Problem nə vaxt həll olunacaq? - Baku TV

Saatlı sakinlərinin kabusuna çevrilən palçıqlı yollar | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
18 dekabr 2025 74 baxış
Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV

Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV

Cəmiyyət
17 dekabr 2025 74 baxış
"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" | Şagirdin telefonunu mismarlayan direktorun sonu

"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" | Şagirdin telefonunu mismarlayan direktorun sonu

Cəmiyyət
17 dekabr 2025 74 baxış
"Özünü o qədər peyğəmbər elan edən olub ki..." | Dinə ehtiyac necə yarandı? - AMİN

"Özünü o qədər peyğəmbər elan edən olub ki..." | Dinə ehtiyac necə yarandı? - AMİN

Cəmiyyət
17 dekabr 2025 74 baxış
Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 74 baxış
Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 74 baxış
Seçilmişlər
icon