Cəmiyyət
Pleyeri seçin:
Saatlıda qazsız qalan sakinlərin şikayəti | “Azəriqaz”-dan açıqlama
Saatlının Nəsimi, Soltanabad, Mircəlal kəndlərində qazın olmamağı ciddi problemlər yaradıb.
Havanın son günlər kəskin soyuması problemi daha qabarıq üzə çıxarıb. Belə ki, mavi yanacağa həsrət qalan kənd sakinləri bağlarındakı ağacları kəsmək məcburiyyətində qalıblar.
Onlar bildiriblər ki, həyətlərində artıq ağac qalmayıb, hamısını kəsib yandırıblar:
“Kəndimizdə yaşıllıq var idi. Son 4-5 ildə bu yaşıllıq məhv olub. Belə gedərsə, buraların Ərəbistan səhrasından heç bir fərqi olmayacaq”.
Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, növbəti ildə Saatlı rayonunun Nəsimi kəndinin qazlaşdırılması proqrama salınıb. Qeyd edilib ki, Soltanabad və Mircəlal kəndlərinin növbəti mərhələlərdə qazlaşdırılması gözlənilir.
Kopyalandı
Seçilmişlər