Pleyeri seçin:

Şagird və müəllimlərin nəzərinə | Məktəblərdə nizam-intizam qaydalarında vahid yanaşma - Baku TV

16 iyun 2026 240 baxış

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi istiqamətində qanunvericiliyə dəyişikliklər təklif olunur.

Təhsil ekspertləri bildirirlər ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqlarda məsuliyyət, qarşılıqlı hörmət və kollektiv davranış vərdişlərinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan vahid qaydaların tətbiqi məktəblərdə sağlam və təhlükəsiz təhsil mühitinin formalaşmasına xidmət edir.

Təklif olunan dəyişikliklər çərçivəsində dövlət ümumi təhsil müəssisələrində artıq mövcud olan geyim tələblərinə riayət edilməsinin hüquqi əsasları daha da dəqiqləşdirilir. Burada vacib məqamlardan biri odur ki, söhbət yeni məktəbli formasının tətbiqindən və ya mövcud formanın yenisi ilə əvəz olunmasından getmir. Məqsəd hazırda qüvvədə olan qaydaların vahid şəkildə tətbiqini təmin etməkdir.

Qeyd olunur ki, məktəbli forması şagirdlərdə aidlik hissinin, nizam-intizamın və kollektiv ruhun formalaşmasına müsbət təsir göstərir. Eyni zamanda sosial-iqtisadi fərqlərin zahiri görünüş üzərindən ön plana çıxmasının qarşısını alaraq bərabər imkanlar mühitinin yaradılmasına töhfə verir.

Dəyişikliklər müəllimlərin peşəkar görünüşü ilə bağlı hüquqi əsasların formalaşdırılmasını da nəzərdə tutur. Bildirilir ki, müəllimin işgüzar və səliqəli görünüşü peşəkar təhsil mühitinin vacib elementlərindən biridir və şagirdlər üçün nümunə rolunu oynayır.

Mütəxəssislər vurğulayırlar ki, vahid yanaşmanın uğurlu tətbiqində valideyn-məktəb əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Valideynlərin məktəbdə müəyyən olunan qayda və prinsipləri dəstəkləməsi uşaqların məktəb mühitinə uyğunlaşmasına və ümumi qaydalara hörmət mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi geyim qaydalarını sərtləşdirmək deyil, məktəbdaxili nizam-intizamı möhkəmləndirmək, təşkilati mədəniyyəti inkişaf etdirmək və daha keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına nail olmaqdır.

Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
19 avqust 2026 240 baxış
"Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV

"Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV

Cəmiyyət
19 avqust 2026 240 baxış
Sosial media fenomeni balacaları sevindirdi

Sosial media fenomeni balacaları sevindirdi

Cəmiyyət
19 avqust 2026 240 baxış
"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

Cəmiyyət
19 avqust 2026 240 baxış
Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət

Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət

Cəmiyyət
19 avqust 2026 240 baxış
"Çılğın dondurmaçı" Bakıda uşaqları belə sevindirdi | "Əyləncəli gün keçirdik" - Baku TV

"Çılğın dondurmaçı" Bakıda uşaqları belə sevindirdi | "Əyləncəli gün keçirdik" - Baku TV

Cəmiyyət
19 avqust 2026 240 baxış
Yeni Günəşli qəsəbəsinin su təchizatında problem yarandı

Yeni Günəşli qəsəbəsinin su təchizatında problem yarandı

Cəmiyyət
19 avqust 2026 240 baxış
"Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV

"Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV

Cəmiyyət
19 avqust 2026 240 baxış
"Ətraf bərbad vəziyyətdədir" | Yeni Günəşli sakinlərinin probleminə niyə laqeyd yanaşılır? - Baku TV

"Ətraf bərbad vəziyyətdədir" | Yeni Günəşli sakinlərinin probleminə niyə laqeyd yanaşılır? - Baku TV

Cəmiyyət
19 avqust 2026 240 baxış
Gəncədəki bu tikililər sakinləri niyə təngə gətirib? - Baku TV CANLI

Gəncədəki bu tikililər sakinləri niyə təngə gətirib? - Baku TV CANLI

Cəmiyyət
19 avqust 2026 240 baxış
Seçilmişlər
icon