Cəmiyyət
Pleyeri seçin:
Samux və Gədəbəydə elektrik şəbəkəsi yenilənir
Samuxun 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.
Rayonun Qədili, Seyidlər və Sarıqamış kəndlərində İstismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 qurğu quraşdırlıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.
Bununla yanaşı, Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şəbəkələri yenidən qurulur. Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izoliyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.
Kopyalandı
Seçilmişlər