Cəmiyyət
Pleyeri seçin:
Səbail Məhkəməsində Vardanyanla bağlı qərar verildi
Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.
Əldə olunan məlumata görə, məhkəmə xüsusilə ağır cinayət işi üzrə ibtidai araşdırmanın davam etdiyini nəzərə alaraq istintaq orqanının vəsatətini təmin edib və qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 5 ay uzadılıb.
Kopyalandı
Seçilmişlər