Cəmiyyət
Pleyeri seçin:
Səhiyyə Nazirliyi əhalini diqqətli olmağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb, yoluxanların daha da artacağını bildirib.
Tedros Qebreyesus bu çağırışını bir çox ölkədə son həftələr ərzində koronavirusa yoluxma sayının artması ilə əlaqələndirib.
Bəs görəsən, Azərbaycanda bununla bağlı vəziyyət necədir?
İnfeksionist Təyyar Eyvazov bildirib ki, hazırda Azərbaycanda azsaylı olsa da, koronavirusa yoluxma halları müşahidə edilir. Lakin COVID-19-un ABŞ-də qeydə alınan yeni ştamının ölkəmizdə yayılması barədə heç bir məlumat yoxdur.
Səhiyyə Nazirliyinin eksperti onu da bildirib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir və narahatlığa səbəb yoxdur.
Kopyalandı
Seçilmişlər