Cəmiyyət
Pleyeri seçin:
Şəkidə dulusçuluq sənətini yaşadan ailə işin sirlərindən danışdı
Baku TV Şəkidə dulusçuluq sənəti ilə məşğul olan Məmmədovlar ailəsinin qonağı olub.
Məmmədovlar ailəsi qədim el sənəti olan dulusçuluğu bu gün də yaşadır. Bu sənət onlara nəsildən-nəslə ötürülərək gəlib çatıb.
Dulusçu Əhəd Məmmədov ən böyük arzusunun uşaqların bu sənəti öyrənməsi və davam etdirməsi olduğunu söyləyib:
"Qabların hazırlanmasında qırmızı gildən istifadə edirik. Ən keyfiyyətli gili işlədirik. Başqa yerlərdən piti qabları gətirərək Şəki malı adı altında satırlar. O qablar pitinin dadını dəyişir. Bizim qablarda problem yoxdur. Ən keyfiyyətli piti qabları bizdə olur".
Kopyalandı
Seçilmişlər