Cəmiyyət
Pleyeri seçin:
Sınaq laboratoriyasında mediatur
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə Salyanda yerləşən yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasına mediatur təşkil edilib.
KİV nümayəndələrinə institutun fəaliyyət istiqamətləri, qəbul olunan yeni standartlar və onların tətbiq sahələri barədə ətraflı məlumat verib.
Media mənsubları sınaq laboratoriyasında yeyinti və kənd təsərrüfatı mallarının, taxılın keyfiyyət analizi, tütün məmulatlarında nəmliyin, süddə turşuluğun, duz məhsullarında yodun təyini və digər analizlərin aparılması prosesi ilə tanış olublar.
Kopyalandı
Seçilmişlər