Pleyeri seçin:

Söküntü işlərinin aparılması bundan asılıdır | Bakının Baş Planı barədə mühüm açıqlama

25 noyabr 2024 592 baxış

Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən, o cümlədən iş adamlarından asılıdır.

Bunu “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, qurum tərəfindən hazırlanan Baş plan paytaxtın inkişaf istiqamətlərini və lazımi məhdudiyyətləri müəyyən edir:

“Amma şəhərin hansısa ərazisində nə vaxt, nə iş aparılacaq, bu, ayrı-ayrı sifarişçilərdən, o cümlədən iş adamlarından, eləcə də icra hakimiyyətlərindən asılıdır. Söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrindən başlanılacaq və illərlə bu işlər aparılacaq”.

Anar Quliyev deyib ki, hazırda tikinti şirkətləri köhnə binaları söküb yerində yeni binalar tikməkdə maraqlıdırlar və bu layihələr həm Bakıda, həm də regionlarda həyata keçirilir.

Komitə sədrinin sözlərinə görə, ilkin mərhələdə yaşayış şəraiti daha pis olan bir-iki mərtəbəli, plansız-nizamsız tikilən evlər sökülə bilər:

“Dövlətin müəyyən etdiyi kifayət qədər qəzalı binalar var. Belə binalar əsasən Bakıda, eləcə də kiçik həcmdə Gəncə və Sumqayıtdadır. Bu binalarla bağlı xüsusi dövlət komissiyası yaradılıb. Addım-addım bu məhəllələrin sökülməsi, amma ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur”.

Anar Quliyev bildirib ki, elə bina var ki, sökülüb yerində yeni bina tikilə bilər və ora iş adamları cəlb ediləcək, amma elə yer də var ki, tikinti aparıla bilməz, həmin yer sadəcə abadlaşdırılacaq:

“Bunu da yalnız özəl vəsait hesabına etmək çətin olacaq. Dövlət müvafiq dəstək göstərməlidir”.

Bakıda İlaxır çərşənbə coşqu ilə qeyd olunur - Baku TV

Bakıda İlaxır çərşənbə coşqu ilə qeyd olunur - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Uşağı önə verib "bufer zona" yaratmaq: Piyada niyə bilərəkdən təhlükə yaradır? - NECƏ OLMALIDIR?

Uşağı önə verib "bufer zona" yaratmaq: Piyada niyə bilərəkdən təhlükə yaradır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
17 mart 2026 592 baxış
"Baku TV" reytinqlərdə birincidir - Baku TV

"Baku TV" reytinqlərdə birincidir - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Ramazan ayının 28-ci gününün duası - Baku TV

Ramazan ayının 28-ci gününün duası - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Bu dərmanı həkimsiz qəbul edənlər mütləq bilsin! | "İnsult da keçirə bilərsiniz" - Baku TV

Bu dərmanı həkimsiz qəbul edənlər mütləq bilsin! | "İnsult da keçirə bilərsiniz" - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
"Göz qabağındadır, 2-3 gün yalandan..." | Qobu sakinlərinin problemi niyə həll edilmir? - Baku TV

"Göz qabağındadır, 2-3 gün yalandan..." | Qobu sakinlərinin problemi niyə həll edilmir? - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Axıska türkləri və ləzgilərin özünəməxsus Novruz adətləri - Baku TV

Axıska türkləri və ləzgilərin özünəməxsus Novruz adətləri - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Ağdamda Novruz yarmarkası | Sakinlərin bayram həyəcanı - Baku TV

Ağdamda Novruz yarmarkası | Sakinlərin bayram həyəcanı - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Ağsunun Bico kəndində İlaxır çərşənbə necə qeyd olunur? - Baku TV

Ağsunun Bico kəndində İlaxır çərşənbə necə qeyd olunur? - Baku TV

Cəmiyyət
17 mart 2026 592 baxış
Vaqif Mustafazadənin doğum gününə həsr edilmiş tədbir keçirildi

Vaqif Mustafazadənin doğum gününə həsr edilmiş tədbir keçirildi

Cəmiyyət
17 mart 2026 592 baxış
Seçilmişlər
icon