Pleyeri seçin:

Stüardessa Hökumə Əliyevanın evindən reportaj | Həyat yoldaşı danışdı - ARZUNUN VAXTI

30 dekabr 2024 939 baxış

“Hökumə üçün hansı gözəl sözü desəm, azdır. Çox tərbiyəli, savadlı, qabiliyyətli, əl bacarığı olan xanım idi. Həmişə tərbiyəsi, savadı, oturuşu-duruşu ilə hər kəsə nümunə olurdu”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində təyyarə qəzasında həlak olan Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.

Onun sözlərinə görə, H.Əliyeva hər zaman öhdəliklərini layiqincə və düzgün şəkildə icra edirdi:

“Uçuşda olanda insanlara ürək-dirək verirdi, onları təsəlli edirdi, hər şeyi başa salırdı. İzah edirdi ki, qorxmağa, narahat olmağa heç bir əsas yoxdur. “Hamımız birlikdə gedirik, birlikdə də qayıdacağıq” deyirdi”.

E.Əliyev təyyarə qəzası barədə məlumatı bacısından öyrəndiyini söyləyib:

“Bacım dedi ki, iş qrupunda təyyarənin qəzaya uğradığı yazılıb. Eşidəndə dizlərim qırıldı. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun, böyük faciədir. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənə də qismət olsun”.

Hökumə Əliyevanın həyat yoldaşı ən çox onun təmiz ürəyi, şirin sözləri üçün darıxacağını söyləyib:

“O qədər yaxşı xüsusiyyətləri var idi ki, bilmirəm, hansı birini deyim. Onu həmişə “mələyim” deyə çağırardım. Hökumə həyatımın bələdçisi idi. Həmişə onunla səmimi olmuşuq. Nə sözümüz olub demişik, açıqsözlü olmuşuq. Biz bir-birimizə dayaq idik. Çətin anlarda bir-birimizin əlindən tuturduq, dərdlərimizi, fikirlərimizi bölüşürdük. Var ömür-gün yoldaşı, bir də var ömrüm, günüm. O mənim ömrüm, günüm idi. Hökumənin vəfatı ilə həyatım, ömrüm getdi”.

Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV

Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
“Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!” - Amil Mustafayevin qəhrəmanlıq hekayəsi - Baku TV

“Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!” - Amil Mustafayevin qəhrəmanlıq hekayəsi - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
"Tək gedirdim, hər tərəfə mərmi düşürdü" | Qazi Əflatun Məmmədov yaşadıqlarını danışdı - Baku TV

"Tək gedirdim, hər tərəfə mərmi düşürdü" | Qazi Əflatun Məmmədov yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 939 baxış
Blogerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Blogerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 939 baxış
Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Cəmiyyət
25 sentyabr 2026 939 baxış
Seçilmişlər
icon