Pleyeri seçin:
Su altında qalan və zərər görən evlərlə bağlı imzalanan sərəncamın detalları - Baku TV
Aprelin 28-də Prezident İlham Əliyev tərəfindən sel və daşqınların vurduğu ziyanın aradan qaldırılması, həmçinin onların təsirlərinin minimuma endirilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb.
Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumlarına lazımi maliyyə vəsaitləri ayrılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Onun sözlərinə görə, ayrılan vəsaitlər əsasən evləri dağılmış vətəndaşlar üçün yeni fərdi yaşayış evlərinin tikintisinə, Keşlə qəsəbəsi ərazisində su altında qalmış 61 fərdi yaşayış evinin təmirinə, zərərçəkmişlərə kirayə haqlarının ödənilməsinə, həmçinin dağılan istinad divarlarının bərpasına yönəldiləcək.
Kopyalandı
