Cəmiyyət
Pleyeri seçin:

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunda işlər yekunlaşır: son tarix açıqlandı

13 oktyabr 2023

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilərək yekunlaşdırılır.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 kilometrdir.

Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr, torpaq yatağının eni isə 21.5 metr təşkil edir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu kilometrlik hissələrində 6 avtomobil körpüsünün inşası, suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan 39 dairəvi borunun, 9 düzbucaqlı su keçidinin, 49 ehtiyat borunun, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçidlərin, həmçinin zəruri yerlərdə beton və daş istinad divarlarının, avtobus dayanacaqların tikintisi layihə üzrə son mərhələdə aparılaraq yekunlaşdırılır.

Yol boyu torpaq işləri artıq 100 faiz icra olunub. Hazırda yol əsasının və çiyinlərin tikintisi, həmçinin 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Qeyd olunan işlər də son mərhələdə olmaqla icra olunur.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, həyata keçirilir. Yolun tikintisinin 2023-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Cəmiyyət
22 noyabr 2024
Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Cəmiyyət
22 noyabr 2024
Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Cəmiyyət
22 noyabr 2024
"Ukrayna dairəsi" ağ günə çıxır | Təmir işlərindən sonra nəticə necə olacaq?

"Ukrayna dairəsi" ağ günə çıxır | Təmir işlərindən sonra nəticə necə olacaq?

Cəmiyyət
22 noyabr 2024
Yollarda niyə tez-tez qəza olur? - NİİM sürücülərə xəbərdarlıq etdi

Yollarda niyə tez-tez qəza olur? - NİİM sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon