Pleyeri seçin:

Sumqayıt sakini 32 ildir evinə köçə bilmir | "Məni çıxara bilməyəcəksən"

26 avqust 2025 780 baxış

Sumqayıt şəhər sakini Vəkil Verdiyev 32 ildir min bir zəhmətlə aldığı evdən didərgin düşüb.

Keçmiş məcburi köçkünlər onun boş mənzilinə girərək məskunlaşıb və illərdir evindən çıxmaq istəmirlər.

“Sumqayıtda şüşə zavodunda işləmişəm. Ev növbəsinə yazıldım. Qanuni ərizə ilə 20 il gözlədim, sonda dedilər ki, növbən çatıb. Mənə 4 otaqlı mənzil verildi. Bütün məhkəmə qətnamələrim var. Evimdə yaşayan xanıma müraciət etdim. O isə evimə qiymət qoyaraq “evini sat, 20 min ver mənə, onda buradan çıxaram” deyir”, – deyə şikayətçi bildirib.

Keçmiş məcburi köçkün Mehriban Hüseynova isə belə deyib:

“Bu evin qiyməti 120 min manatdır. Hərəmizə 10 min verilsə, çıxıb gedərik”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, keçmiş köçkünün ailə tərkibinə uyğun olaraq, Dövlət Komitəsinin Biləsuvar rayonunda yerləşən qəsəbədə boş mənzil fondundan yaşayış sahəsi təklif edilib:

“Lakin o həmin mənzilə köçməkdən imtina edib. Bu səbəbdən Vəkil Verdiyevin məhkəmə qərarının icrası ilə bağlı aidiyyəti quruma müraciət etməsi qanunauyğundur. Keçmiş məcburi köçkünlər bərpa qrafikinə uyğun olaraq, mərhələli şəkildə doğma yurdlarına köçürülür. Qubadlı rayonunun Muradxanlı kəndi də bərpa edildikdən sonra ailənin köçürülməsi qanunauyğun formada icra ediləcək. Onun hazırda müvəqqəti məskunlaşdığı mənzil sahibinə təhvil veriləcək”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 780 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 780 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 780 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 780 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 780 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 780 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 780 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 780 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 780 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 780 baxış
Seçilmişlər
icon