Sürət həddini aşan müğənni Rüfət Axundov | Yol polisindən açıqlama
Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən Mərdəkan-Zaqulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı görüntülər yayılıb.
Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan R.Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O, həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, hansısa görüntüyə görə sürücüyə protokol yazıla bilməz.
“Qayda pozuntusunu yollarda quraşdırılmış radar qurğuları elektron şəkildə müəyyən edir. Sürət həddini aşan avtomobilə isə bu halda radar vasitəsilə müəyyən olunarsa, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 50 manat 2 balla cərimə olunur. Həmin görüntü barədə araşdırılma aparılmalıdır ki, qayda pozuntusunun olub-olmaması müəyyən olunsun. Bu, elektron formada müəyyən edilən istənilən qayda pozuntusu üçün keçərlidir”, – deyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.