Cəmiyyət
Pleyeri seçin:

Sürücülərin diqqətinə | Məhdudiyyət tətbiq ediləcək küçələr açıqlandı

26 oktyabr 2024

COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.

Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyatın hərəkətinin simulyasiyası baş tutacaq.

Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Cəmiyyət
22 noyabr 2024
Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Cəmiyyət
22 noyabr 2024
Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon