Sürücülərin və sərnişinlərin işlərini çətinləşdirən yol | Vəziyyət necə yüngülləşdirilə bilər?
“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Biləcəri ərazisində nəqliyyatın hərəkətinə təsir edən amillərdən danışılıb.
Bildirilib ki, sözügedən ərazidən gələn nəqliyyat vasitələri avtobus zolağı ilə üz-üzə qalır və burada 1.11 nişanlanma xətti olmadığından nəqliyyat vasitələri dairədən daxil olan avtobusların qarşısını kəsir. Bu isə hərəkətin axınına ciddi təsir edir.
Vurğulanıb ki, köməkçi yolda olan dayanacaq pavilyonu istifadədən kənar qalıb. Burada sərnişinlərin avtobus gözləmələri üçün hər bir şərait yaradılsa da, təyinatına uyğun istifadə olunmur. Sərnişinlər avtobusu yolun əsas hissəsində gözləyirlər:
“Şərait olduğu halda avtobusların bura girişinə heç bir məcburiyyət yoxdur. Vətəndaşlar avtobusa tez minsinlər deyə açıq ərazidə dayanırlar”.
Əlavə olunub ki, avtobus zolağının həmin hissədən silinib köməkçi yolun çıxışından salınması vəziyyəti yüngülləşdirə bilər. Əks halda, Biləcəridən gələn nəqliyyat axını avtobusların zolağa girişini çətinləşdirəcək.
#Biləcəri teqi istifadə olunub
- "Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV
- Sakinləri evlərindən didərgin salan hadisə | Həyət evində görün nə baş verdi - Baku TV
- 284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV
- "Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV
- Öz hesablarına kanalizasiya xətti çəkdirdilər, amma... | Sakinləri təngə gətirən məsələ - Baku TV
