Şuşakənd yenidən nəfəs alır | ”Məşğulluğun təminatı məsələsi prioritet olaraq qalır”
Şuşakənd yenidən nəfəs alır! Baku TV-nin xüsusi reportajında Şuşa rayonunun strateji əhəmiyyətli kəndlərindən biri olan Şuşakənddə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri işıqlandırılır. "Böyük Qayıdış" proqramı çərçivəsində kəndin tarixi siması qorunmaqla yanaşı, müasir infrastruktur qurulur, yeni yaşayış binaları və sosial obyektlər inşa edilir. Reportajın əsas diqqət mərkəzində dayanan məsələ isə sakinlərin geri qayıdışından sonra onların məşğulluqla təminatıdır. Dövlət qurumları tərəfindən kənd təsərrüfatı, turizm və sənətkarlıq sahələrində yeni iş yerlərinin yaradılması prioritet vəzifə kimi müəyyən edilib. Şuşakəndin iqtisadi potensialı və sakinlərin doğma yurdlarındakı gələcək həyatı barədə bütün detallar Baku TV-nin süjetində.
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
