Pleyeri seçin:
Şuşanın girişindəki tank söküldü: erməni izləri yox edildi
1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülüb.
Sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Kopyalandı
#Şuşa teqi istifadə olunub
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
- Üç ölkənin azərbaycanlı din xadimləri Şuşada - Baku TV
- Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV
- "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" | Şuşada daşlara həkk olunan məsuliyyətsizlik - Baku TV
