Pleyeri seçin:
Suya həsrət qalan naxçıvanlılar | Qurumdan sakinlərin şikayətinə cavab
Şərur rayonunun Kosacan kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, təxminən 20-yə yaxın evin içməli su ilə təminatında problem var.
Əhalinin bir qismi digər qonşulardan qablar vasitəsilə su daşımağa məcbur qaldığını deyir.
Şərur Rayon Su İdarəsindən məsələ ilə bağlı bildirilib ki, sakinləri içməli su ilə təmin etmək üçün kənddə üç artezian quyusu fəaliyyət göstərir:
“Əlavə olaraq bu kəndə drenaj vasitəsilə Arpaçaydan da su verilir. Suyun bəzi evlərə getməməsinin səbəbi isə əhalinin suyu boş yerə axıtmasıdır. Qonşular bir-birini başa düşəndə su görəcəklər”.
Kopyalandı
#Şərur teqi istifadə olunub
- Şərurda qadının ölümü ilə bağlı ər qətli törətməkdə şübhəli bilinir - Baku TV
- İnsan sağlamlığının dərmanı olan bitkilər | Naxçıvan dağlarının əvəzsiz nemətləri - Baku TV
- “Baxıb gedirlər, belə şey olar?!” | Çətin vəziyyətdə qalan sakinlərin şikayətinə niyə baxılmır?
- Şərurun kəndlərinə sel gəldi
- Şərurda dəhşətli hadisə | Yola düşən iri qaya parçaları təhlükə yaratdı
