Toxucu bu vaxta kimi neçə şəhidə görə şərf toxuyub? | Qusar sakinindən nümunəvi addım
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarın Gündüzqala kəndində yaşayan toxucu Saimət Nağıyeva əl işləri ilə Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın adını sənətində yaşadır.
Artıq 20 ildir ki, toxuculuqla məşğul olan Saimət Nağıyevanın əl işləri arasında ən çox Vətənimizin üçrəngli bayrağı və İkinci Qarabağ müharibəsi şəhidləri üçün toxuduğu şərflər yer alır.
“Bu günə qədər 500-dən çox şəhid şərfi toxumuşam. Qusarın bütün şəhidləri üçün toxumuşam. Hazırda əlimdə 61 şəhid şərfi var. Onlar da Quba rayonuna aiddir. Digər rayonlar üzrə də bacardığım qədər şərfləri toxuyub, şəhid ailələrinə təmənnasız təqdim edəcəyəm. Şəhid ailələri Qusarın və digər rayonların müxtəlif ucqar kəndlərində yaşayırlar. Çox vaxt çalışıram ki, toxuduğum şərfləri ailələrinə özüm təqdim edim”, – deyə Saimət Nağıyeva bildirib.
#Qusar teqi istifadə olunub
- Qış vaxtından tez gəldi | Şimalın yüksək dağ kəndlərinə ilk qar yağdı - Baku TV
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
- "Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV
- Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI
- "Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV
