Pleyeri seçin:
Türkiyədə həlak olan tələbənin doğmaları fəryad edir
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə − Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.
Baku TV-nin əməkdaşı vəfat edən tələbəmiz Gündüz Nəzərzadənin evində olub. Həlak olan gəncin əmisi Arif Nəzərzadə Gündüzün Azərbaycan Tibb Universitetini bitirib, Türkiyəyə magistratura oxumaq üçün getdiyini deyib.
“Səbirsizliklə gözləyirdik ki, dağıntılar altından sağ çıxsın, amma sonda cəsədi çıxdı”, - deyə əlavə edib. Tələbənin göz yaşları içində danışan nənəsi isə “Dördünə də qurban demişdim. Dualarımız qəbul olunmadı”, - deyə fəryad edib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyədən Qara dənizdə məhdudiyyət
- Ərdoğan Məkkə sazişinin önəmindən danışdı
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
- AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI
- İrəvan reallığı qəbul etdi: Azərbaycan və Türkiyə ilə tarixi dövr başlayır? - AKTUAL GÜNDƏM
