Pleyeri seçin:

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

10 avqust 2026 249 baxış

“Qapqara” verilişinin yeni buraxılışının qonağı ssenarist və aktyor Kənan Yusifov olub.

O, proqramda uşaqlıq illərindən, Azərbaycan kinosunun problemlərindən, sosial media ilə televiziya arasındakı fərqlərdən, eləcə də valideynlərini itirməsini niyə uzun illər ictimaiyyətdən gizli saxlamasından danışıb.

Kənan Yusifov atasının şəhid olmasından heç vaxt özünü tanıtmaq üçün istifadə etmək istəmədiyini bildirib:

“Bəzən düşünürdüm ki, atamın şəhid olmasından istifadə edib, əlində bayraq edib daha çox nəsə istəyən biri kimi görünərəm. Düşünürdüm ki, səhv anlaşılar və istər-istəməz onun böyüklüyünə pis mənada təsir edərəm.

Bəzən Şəhidlər xiyabanına gizlənə-gizlənə getmişəm ki, heç kim məni görməsin. Hərdən düşünürəm ki, bəlkə də düz etməmişəm. Mən müəyyən qədər tanınmış adamam və bunu daha çox onu tanıtmaq üçün istifadə etməli idim. Çünki aktyor, müğənni və digər şou-biznes nümayəndələrinin qazandığı məşhurluq heç vaxt bir şəhidin, qəhrəmanın çatdığı zirvəyə çata bilməz. Amma onun xalq arasında daha çox tanınması üçün bundan istifadə edə bilərdim”.

Aktyor hər iki valideynini erkən yaşda itirdiyini və bu barədə ilk dəfə bu qədər açıq danışdığını bildirib:

“Atam şəhid olub. Anamı iki yaşımda itirmişəm. Amma maddi, mənəvi və digər məsələlər baxımından sıradan bir uşaqlıq keçirmişəm. Mən əmim, əmimin həyat yoldaşı, nənəm və digər ailə üzvlərimlə böyümüşəm. Belə deyəndə bir çox adam elə başa düşür ki, yazıq, yetim uşaq qalmışam. Elə olmayıb. Hətta daha yaxşı böyüdülməyə çalışmışam. Allah hamısından razı olsun. Amma təbii ki, nəyin olmadığını sən uşaq vaxtı başa düşmürsən. 30-u keçəndə bir az anlayırsan ki, nə olmayıb, 40-da daha yaxşı başa düşürsən. Bəlkə də öz övladım olanda atamın yoxluğunu daha çox anlayacağam”.

"Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV

"Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI

Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 249 baxış
Seçilmişlər
icon