Pleyeri seçin:

Vardanyanın məhkəməsində nələr yaşandı?

19 noyabr 2025 268 baxış

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Cəmil Əliyev bildirib ki, Ağdərə rayonunun Çərəkdar kəndində olarkən Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin partlaması nəticəsində özü, eləcə də Bəhram Allahyarov və Murad Verdiyev müxtəlif xəsarətlər alıblar. Həmin vaxt yanlarında olan Şikar Hüseynov isə həlak olub.

Digər zərərçəkmiş Yusif Yusifovun sözlərinə görə, Ağdam rayonu ərazisində düşmənin açdığı snayper atəşləri nəticəsində İxtiyar Bayramov həlak olub, özü isə xəsarət alıb.

Şahmar Cəlilov isə qeyd edib ki, içərisində olduqları avtomobil Ağdərə rayonu istiqamətində raketlə vurulub. Bu zamanı özü xəsarət alıb, bir nəfər isə həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Etibar Əliyev vurğulayıb ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərlə birgə hərəkət edərkən idarə etdiyi avtomobilin düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində partlayış baş verib və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTv-nin operatoru Sirac Abışov və kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, özü və daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş Allahverdi Məmmədli, İntiqam Rüstəmli və Nahid Əsədov Xocavənd, Elşən Rüstəmov Cəbrayıl, Ümüd Şükürov Kəlbəcər, Eynulla Nəsirli Xocalı rayonu istiqamətində düşmənin törətdiyi təxribat nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ardınca məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Amputasiya riskinin olmaması üçün şəkər xəstələri nələrə diqqət etməlidir? - BAKU MED

Amputasiya riskinin olmaması üçün şəkər xəstələri nələrə diqqət etməlidir? - BAKU MED

Cəmiyyət
09 may 2026 268 baxış
Faşizm üzərində qələbədə Azərbaycanın rolu: Danılmaz faktlar - Baku TV

Faşizm üzərində qələbədə Azərbaycanın rolu: Danılmaz faktlar - Baku TV

Cəmiyyət
09 may 2026 268 baxış
"Həkimlər deyirdi ki, heç nə yoxdur" | Rasim Balayev ömrünün son vaxtlarında nələrlə üzləşdi?

"Həkimlər deyirdi ki, heç nə yoxdur" | Rasim Balayev ömrünün son vaxtlarında nələrlə üzləşdi?

Cəmiyyət
08 may 2026 268 baxış
Gəncədə keçirilən WUF13 festivalından görüntülər - Baku TV

Gəncədə keçirilən WUF13 festivalından görüntülər - Baku TV

Cəmiyyət
08 may 2026 268 baxış
Müasir dizayn və funksionallıq bir arada | İnteryer İnşaat Memarlıq Mebel Forumu - Baku TV

Müasir dizayn və funksionallıq bir arada | İnteryer İnşaat Memarlıq Mebel Forumu - Baku TV

Cəmiyyət
08 may 2026 268 baxış
Qarabağ arzusu gerçəyə çevrilir | Ağdam sakinlərinin duyğulu anları - Baku TV

Qarabağ arzusu gerçəyə çevrilir | Ağdam sakinlərinin duyğulu anları - Baku TV

Cəmiyyət
08 may 2026 268 baxış
AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV

AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV

Cəmiyyət
08 may 2026 268 baxış
"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

Cəmiyyət
08 may 2026 268 baxış
Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Cəmiyyət
08 may 2026 268 baxış
“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

Cəmiyyət
08 may 2026 268 baxış
Seçilmişlər
icon