Pleyeri seçin:

Vardanyanın növbəti məhkəmə iclası keçirildi

19 mart 2025 138 baxış

Ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 18-də davam etdirilib.

İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə vəsatət verərək iclas protokolları və onlara əlavə edilmiş audioyazı ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.

İttiham tərəfi vəsatətə etiraz etməyib.

Hakim Zeynal Ağayev vəsatəti təmin edərək təqsirləndirilən şəxsə və müdafiəçiyə məhkəmənin iclas protokolları ilə təkrarən tanış olmaq üçün şərait yaradılacağını bildirib.

Daha sonra iş üzrə zərərçəkmiş şəxslər dindirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslər Rahib Fətəliyev, Səxavət Rəcəbov, Fərid Məmmədov, Sənan Mirzəliyev, Samir Məlikov, Ceyhun Xankişiyev, Ələsgər Cəfərov, Səfa Məmmədov, Əliş Şamıyev, Eldar Hüseynov, Elvin Tağıyev və digərləri bildiriblər ki, onlar Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıyıblar, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində – Kəlbəcər və Xocalı rayonlarında hərbi xidmətdə olarkən Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan açılmış atəş, o cümlədən əl qumbaralarının partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Dindirmədən sonra zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.

Sonra martın 11-də keçirilən məhkəmə prosesi zamanı ifadə vermiş zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin olunub.

“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

Cəmiyyət
22 dekabr 2025 138 baxış
Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Cəmiyyət
22 dekabr 2025 138 baxış
“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

Cəmiyyət
22 dekabr 2025 138 baxış
“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 138 baxış
“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 138 baxış
Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 138 baxış
Azərbaycanda hava necə olacaq? | Dövlət Xidmətindən açıqlama - Baku TV

Azərbaycanda hava necə olacaq? | Dövlət Xidmətindən açıqlama - Baku TV

Cəmiyyət
21 dekabr 2025 138 baxış
Məktəbin yanında uşaqlara "narkotik" satılıb? | Bu səkilərdən keçənlər əsl "survivor" yaşayır

Məktəbin yanında uşaqlara "narkotik" satılıb? | Bu səkilərdən keçənlər əsl "survivor" yaşayır

Cəmiyyət
21 dekabr 2025 138 baxış
Səs-küy salanlara xəbərdarlıq | Cərimələr tətbiq ediləcək - Baku TV

Səs-küy salanlara xəbərdarlıq | Cərimələr tətbiq ediləcək - Baku TV

Cəmiyyət
21 dekabr 2025 138 baxış
“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 138 baxış
Seçilmişlər
icon