Pleyeri seçin:

Vardanyanın növbəti məhkəməsi keçirildi

03 dekabr 2025 715 baxış

Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tank əleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar.

Zərərçəkmiş Fazil Əmirli və Xalid Şükürlü qeyd edib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmən təxribatı nəticəsində özləri, eləcə də Seyfəddin Cabbarov, Kamran Nəcəfov, Sadiq Məmmədov və Nicat Əhmədzadə xəsarət alıblar.

İlqar Qasımov Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılan minanın, Elvin Məmmədov isə Xocalının Sərdarkənd kəndi ərazisində atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması zamanı yaralandıqlarını diqqətə çatdırıblar. Onlardan başqa Kamran Həsənov və Hüseyn Hüseynov da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Taleh Hümbətzadə vurğulayıb ki, Xocavənd rayonunun Yenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Cavid Şavqatlı da xəsarət alıb.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 715 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 715 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 715 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 715 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 715 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 715 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 715 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 715 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 715 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 715 baxış
Seçilmişlər
icon