Vedibasar xalçasının digər xalçalardan fərqi | Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı veriliş efirə gedib.
Veriliş Vedibasar mahalının sənətkarlıq nümunələrinə həsr olunub.
Ekran işində qədim mədəniyyəti olan Vedibasarın tarixindən geniş söhbət açılır. Bildirilib ki, bu mahal öz coğrafi mövqeyinə görə çox əlverişli ərazidə yerləşirdi. Elə buna görə də həmişə düşmən hədəfində olub. Vedibasarın tarixində sərkərdələrin və döyüşlərin izləri öz əksini tapıb.
Həmçinin vurğulanır ki, Vedibasar mahalının Şirazlı kəndi hər zaman tarixi döyüşlərin mərkəzinə çevrilib. 1918-ci ildə də erməni millətçiləri Vedibasarla bağlı məkrli planlarını həyata keçirərək burada, sözün əsl mənasında, qanlı döyüşlər, soyqırımıları törədiblər.
Verilişdə deyilir ki, Vedibasar xalçalarının rəng palitrasındakı fərqlilik, eyni zamanda naxış kompozisiyasındakı özünəməxsusluq böyük türk dünyasının və əhatə etdiyi ərazilərin özündə daşıdığı yaddaşın əsas ifadə forması idi:
“Xalçalardakı elementlərin hər birində gizli kodlar, məqsədlər və məramlar var. Onların hər birində arzu, istək, xoş niyyət var. Elə Azərbaycan türklərinin məişətində, mədəniyyətində də xoş niyyət əsas mesajlardan biri olub”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın ərazi iddiaları hansı tarixi hadisələrdən sonra rəsmiləşdirildi? - Baku TV
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
