“Videosu da var” | Sakindən iddia | Anasının adına olan torpaq qanunsuz olaraq satılıb? - Baku TV
Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus olduğu bildirilən torpaq sahəsinin başqa şəxslərə satıldığı iddia olunur.
Baku TV-nin qaynar xəttinə müraciət edən İbad Adıgözəlov bildirib ki, 30 sot torpaq sahəsi 2006-cı ildə anası və digər ailə üzvləri tərəfindən alınıb və daha sonra ərazi hasara alınıb.
İbad Adıgözəlov qeyd edib ki, bir müddət sonra əraziyə gəldikdə hasarın dağıdıldığını və torpaq sahəsində ev tikintisi üçün bünövrə qazıldığını görüblər.
Onun sözlərinə görə, tikinti aparmaq istəyən şəxslər torpağı bələdiyyədən pul ödəyərək aldıqlarını və müvafiq sənədlərə sahib olduqlarını bildiriblər.
“Torpaq sahəsinin bir neçə hissəyə bölünərək başqa şəxslərə satıldığını öyrəndik. Hazırda həyatını itirən anama və dayım oğluna məxsus torpaq sahəsində ev tikmək istəyirlər. Aidiyyəti qurumlardan məsələnin araşdırılmasını istəyirik”, – deyə şikayətçi qeyd edib.
#Masazır teqi istifadə olunub
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
- "Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər
