Cəmiyyət
Pleyeri seçin:
Xalq artisti Ağadadaş Ağayevin məhkəməsi keçirilir
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib. Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib.
Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olunub.
Kopyalandı
Seçilmişlər