Xankəndi niyə böyük dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildi? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!
"Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı tarixi sınaqlardan keçərək bu gün yenidən dirçələn Xankəndiyə həsr olunub.
1988-ci ildə başlayan separatçı mitinqlər Xankəndini münaqişənin mərkəzinə çevirdi, şəhərdə yaşayan azərbaycanlıların doğma evlərini tərk etməyə məcbur olması və 366-cı motoatıcı alayın iştirakı ilə törədilən Xocalı faciəsi tarixin ən ağır sınaqları kimi yaddaşlara həkk olundu.
2020-ci ilin tarixi Zəfərindən sonra Azərbaycan öz suverenliyini tam bərpa etmək üçün 2023-cü ilin 19 sentyabrında lokal antiterror əməliyyatlarına başladı. Cəmi bir gün davam edən əməliyyat nəticəsində separatçı rejimə son qoyuldu.
15 oktyabrda Prezident İlham Əliyev şəhərdə Dövlət Bayrağını ucaltdı. 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən hərbi parad isə Xankəndinin yeni tarixinin ilk böyük səhifələrindən biri oldu.
Hazırda şəhərdə "Böyük Qayıdış" proqramı çərçivəsində təhsil və nəqliyyat infrastrukturu sürətlə bərpa edilərək müasir inkişaf modeli qurulur.
Auditoriyaların qapılarının açılması, tələbələrin geri dönməsi və yolların çəkilməsi Xankəndinin yenidən nəfəs aldığını, öz tarixi kimliyinə qovuşduğunu göstərir.
Bu gün Xankəndi, sadəcə, bir şəhərin bərpası deyil, bütöv bir xalqın iradəsinin, ümidinin və öz tarixinə sahib çıxmasının ən parlaq rəmzidir.
#Xankəndi teqi istifadə olunub
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
- Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
